Usman Çeçenistanda Kadırovun oğulları ilə birgə məşq edib

Orta çəki dərəcəsində amerikalı UFC döyüşçüsü Kamaru Usman Çeçenistana gəlib və burada Ramzan Kadırovun oğulları ilə yüngül məşq edib.

Bundan əlavə, 33 yaşlı Usman yerli xüsusi təyinatlıların təlim mərkəzinə və “Axmat” döyüş klubunun bazasına baş çəkə bilib.

Düzdür, ABŞ Kamarunun Çeçenistana gəlişindən qəzəbləndi. Belə ki, jurnalist Qanlı Dirsək Kərim Zidan döyüşçünü tənqid edib və Kadırovu “diktator” adlandırıb.

Xatırladaq ki, Usman fevralın 13-də Gilbert Burns ilə döyüşdə UFC çempionu titulunu qoruya bilər.

Reviews