Nurməhəmmədov: “MMA hər şeydən əvvəl hörmətdir. Rəqiblərə, məşqçilərə və idman zalınıza"

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov bütün promouterlik döyüşçülərinin göstərməli olduğu hörmətdən danışıb.

Bu gün rusiyalı amerikalı Dastin Puaryeni vaxtından əvvəl məğlub edərək çempion titulunu qoruyub.

“Biz MMA-nın nə olduğunu göstərdik və sübut etdik ki, MMA hər şeydən əvvəl hörmətdir. Bu, hər şeydə özünü göstərməlidir: rəqiblərinizlə, məşqçilərlə necə ünsiyyətdəsiniz, idman zalı ilə necə davranırsınız. Bura gəlib mənə dəstək olan hər kəsə təşəkkür edirəm, çoxlu papaq taxan insanlar görürəm.

İndi mən sadəcə bir neçə günlük istirahət istəyirəm, ondan sonra Ferqyuson [Toni] və hər şey haqqında danışacağıq”, – Həbib qələbədən dərhal sonra deyib.

Reviews