Nürnberq baş məşqçisi Klaus "Lokomotiv"də Nikoliçi əvəz edə bilər

Moskvanın “Lokomotiv” klubu Marko Nikoliçin yerinə yeni baş məşqçi axtarışlarını davam etdirir.

Çempionatın məlumatına görə, serb mentorun yerini Nürnberqdə oxşar vəzifədə çalışan alman mütəxəssis Robert Klaus tuta bilər.

Qeyd olunur ki, onun namizədliyini Moskva klubunun idman və inkişaf şöbəsinin rəhbəri Ralf Ranqnik təklif edib.

Nikoliçi əvəzləməyə əsas namizədin “Spartak”ın sabiq çalışdırıcısı Domeniko Tedesko olduğu daha əvvəl bildirilmişdi.

Reviews