Dövlət Dumasının deputatı Vəliyevanın Rusiya yığmasının bayraqdarı olmasını təklif edib

Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin üzvü Boris Paikin İdman Arbitraj Məhkəməsinin rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın Pekin Olimpiadasının fərdi turnirinə buraxılması barədə qərarını şərh edib.

“Kamila Olimpiadanın bağlanış mərasimində Rusiya komandasının bayraqdarı olmalıdır. Bununla da ölkəmiz gənc qızın cəsarətinə və əzmkarlığına hörmətini ifadə edəcək”, - deyə Paikin TASS-a bildirib.

Yada salaq ki, Beynəlxalq Dopinq Test Agentliyi dekabrın 25-də Rusiya çempionatı zamanı Vəliyevadan götürülmüş trimetazidin üçün müsbət dopinq testinin olduğunu rəsmən təsdiqləyib.

Reviews