Çerçesov Danimarka ilə oyunda rusiyalı azarkeşlərin iştirak etməməsini problem hesab etmir

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov Avro-2020-də Danimarka ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

“Bu [əlavə istirahət günü] böyük turnirlərdə, fiziki hazırlıq baxımından vacibdir, amma bunun hər şeyi həll edəcəyini düşünmürəm. Taktika, komanda, yanaşmamız - əsas rol oynayan budur. Qarşılaşmanı ən yüksək səviyyədə keçirəcəyimizə şübhəm yoxdur.

Bu, son iki böyük turnirdə və azarkeşlərimiz olmadan ilk səfər matçımız olacaq. Amma problem deyil. Son beş ildə “problem” sözünü işlətmirik. Bu sadəcə bir vəziyyətdir və biz bununla necə məşğul olacağımızı bilirik. Bizim vəzifəmiz işimizi yaxşı görmək və istədiyimiz nəticəni əldə etməkdir”, - Sport24 UEFA-ya istinadən Çerçesovdan sitat gətirir.

Avro-2020-nin qrup mərhələsinin həlledici Rusiya - Danimarka matçı bazar ertəsi, iyunun 21-də keçiriləcək.

Reviews