BOK bir aydan sonra Tokio Olimpiadası ilə bağlı qərar verəcək

Britaniyanın İTV telekanalının jurnalisti Stiv Skott Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Tokioda Oyunların təşkili ilə bağlı planları barədə məlumat paylaşıb.

O, Twitter-də yazıb ki, BOK icraiyyə komitəsinə koronavirus pandemiyasından yaranan mövcud vəziyyəti diqqətlə nəzərdən keçirmək üçün daha dörd həftə vaxt verib.

“İlk dəfədir ki, qərar üçün son tarix müəyyən edilir. İşlər irəli gedir”, - Skott yazıb.

Əlavə edək ki, Tokioda (Yaponiya) Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 25-dək keçirilməlidir.

Reviews