Sovet futbol hakimi Rafalov vəfat edib

Futbol oyunlarını idarə edən sovet referisi Mark Mixayloviç Rafalov 97 yaşında dünyasını dəyişib.

Onun 1960-1974-cü illərdə SSRİ çempionatının oyunlarında çalışdığı, 300-ə yaxın oyunun hakimi olduğu məlumdur.

Bundan əlavə, Rafalov jurnalistika və publisistika ilə məşğul olub, Konstantin Beskov və Qriqori Fedotovun tərcümeyi-hallarının müəllifi olub.

Nəzərinizə çatdıraq ki, Mark Mixayloviç digərləri ilə yanaşı həm də Böyük Vətən Müharibəsi veteranıdır.

Reviews