Məzmuna keçin
Futbol

De Xea Premyer Liqanın ən çox maaş alan futbolçusu seçilib

De Xea Premyer Liqanın ən çox maaş alan futbolçusu seçilib

Nüfuzlu Sportmac portalı İngiltərə Premyer Liqasında ən yüksək maaş alan futbolçuların siyahısını dərc edib.

Belə ki, bu göstəricidə birinci yeri “Mançester Yunayted”də çıxış edən ispaniyalı qapıçı David de Xea tutub. Onun illik maaşı 23 milyon avrodur.

İkinci yerdə belçikalı “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne qərarlaşıb. O, 19,7 milyon avro alır. İlk üçlüyü onun komanda yoldaşı, 18,5 milyon avro alan İngiltərə yığmasının hücumçusu Rahim Sterlinq tamamlayıb.

Maraqlıdır ki, ən çox almaniyalı yarımmüdafiəçi Məsut Özil (16,5 milyon avro) London “Arsenal”ının düşərgəsində, “Liverpul”un düşərgəsində isə bu titul Misir millisinin hücumçusu Məhəmməd Salaha (12,3 milyon avro) məxsusdur.

Premyer Liqada ən çox maaş alan 15 futbolçu

1. David De Xea (Mançester Yunayted), 23 milyon avro;

2. Kevin De Bruyne (Mançester Siti), 19,7 milyon avro;

3. Rahim Sterlinq (Mançester Siti), 18,5 milyon avro;

4. Pol Poqba (Mançester Yunayted), 17,8 milyon avro;

5. Məsut Özil (Arsenal), 16,5 milyon avro;

6. Entoni Marsial (Mançester Yunayted), 15,3 milyon avro;

7. Serxio Aquero (Mançester Siti), 14,1 milyon avro;

8. Mohamed Salah (“Liverpul”), 12,3 milyon avro;

8. Markus Raşford (Mançester Yunayted), 12,3 milyon avro;

8. Harri Keyn (“Tottenhem”), 12,3 milyon avro;

8. Tanquy Ndombele (“Tottenhem”), 12,3 milyon avro;

12. Aleksandr Lyakazet (Arsenal), 11,1 milyon avro;

13. Roberto Firmino (“Liverpul”), 11 milyon avro;

14. Vircil van Deyk (“Liverpul”), 10,1 milyon avro;

15. Harri Maquayr (Mançester Yunayted), 10 milyon avro.


Əlaqəli xəbərlər

Daha çox futbol
Futbol 1 dəqiqəlik oxu Zenit - Spartak 0-0, penaltilərdə 6-7: qırmızı-ağlar Rusiya Kubokunun finalında Sankt-Peterburqdakı "Qazprom Arena"da klassik Rusiya Kuboku oyunu baş tutdu - qolsuz, lakin əsəbləri sarsıdan anlar, uğursuz penalti və stadionu az qala parçalayacaq bir sıra zərbələrlə dolu. İkinci hissənin əsas vaxtı... daha ətraflı Futbol 1 dəqiqəlik oxu Marşand və Mbappe Bostonda: Olimpiya çempionu 2026-cı il Dünya Kubokundan əvvəl Fransanı necə dəstəklədi Leon Marchand Didye Deşamın dəstəsinə qoşuldu — dördqat Olimpiya çempionu Fransa milli futbol komandasını Boston bazasında ziyarət etdi. Bütün qızıl medalları qazanan 23 yaşlı üzgüçü... daha ətraflı Futbol 1 dəqiqəlik oxu Qvardiola "Mançester Siti"nin "Brighton"a məğlub olmasından sonra təcil itkisindən təəssüflənir BRAYTON, İngiltərə, 31 avqust (Reuters) - "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının ikinci hissədə ciddi bir geriləmə yaşadığını və gərgin oyunda qələbəyə mane olduğunu etiraf etdi... daha ətraflı

Şərhlər 0

Şərh yaz Şərhlər moderasiyadan sonra dərc olunur. Linklər qadağandır.
Şərh göndərməklə razılaşırsınız şərh qaydaları.
AZ — Azerbaijani