Belçikada seks qalmaqalı yaşanıb. Milli.Az The Sun-a istinadən bildirir ki, aşağı divizionda çıxış edən "Espoir Mainroys" klubunun futbolçusu qıza təcavüz edib.
Hadisə klubun yeməkxanasında baş verib və yerli mediada komanda oyunçularından biri tərəfindən zorakılığa məruz qalan tamamilə çılpaq qızın yerdə sürünməsinin görüntüləri yayılıb.
Hadisənin iştirakçılarının adları açıqlanmır, bir futbolçu istintaqın sonuna kimi klub tərəfindən oyunlarda iştirakdan kənarlaşdırıldığı halda, baş verənləri müşahidə etdiyi iddia edilən digər futbolçu isə gənclər komandasına transfer edilib. Zərərçəkənin anası narkotikin təsiri altında olduğunu bildirib. Zorlama hadisəsini törədən futbolçuya qarşı cinayət işi açılıb.
Şərhlər 0