Mourinyo Dortmund "Borussiya"sı ilə danışıqlar aparıb

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo Almaniya çempionatına keçə bilər. Bu barədə “Daily Mail” nüfuzlu “Bild” nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Dortmund “Borussiya”sının baş direktoru Hans-Yoahim Vatzke portuqaliyalı mütəxəssislə əlaqə saxlayıb və Lüsyen Favrın qovulacağı təqdirdə ona komandaya rəhbərlik etməyi təklif edib. Mourinyonun işə başlamağa hazır olduğu qeyd edilir. O, artıq alman dilini öyrənməyə başlayıb.

İsveçrəli baş məşqçi Lüsyen Favr 2018-ci ilin yayında "Borussiya"ya rəhbərlik edib. Ötən mövsüm onun komandası Bundesliqada ikinci yeri tutub. Cari mövsümdə 4 oyunda 8 xal toplayaraq 15-cü pillədə qərarlaşıblar.

Mourinyoya gəlincə, mətbuatın yazdığına görə, o, Zinəddin Zidanı qovmağı düşünən "Real"ın maraq dairəsindədir.

Reviews