
Contay Porter NBA-dan birdəfəlik uzaqlaşdırılıb. Heç vaxt NBA əfsanəsi olmayacaq bu şəxs 2024-cü ilin yanvar-mart ayları arasında öz oyunlarına bir dostu vasitəsilə mərc edib. O, bu mərclərdən 22.000 dollar qazanıb. Liqa həmçinin oyunçunun məxfi komanda məlumatlarını üçüncü tərəflə paylaşdığı və üçüncü tərəfin 80.000 dollarlıq mərc qoyub 1 milyon dollardan çox qazandığı bir fırıldaqçılıq hadisəsini də aşkar edib. Nəticədə, liqa Porteri və mərc edəni ömürlük diskvalifikasiya edib.
Qeyd edək ki, Porterin bu il maaşı yarım milyon dollardan çox olub və o, bu yay 11 milyon dollarlıq müqavilə imzalamağa hazırlaşırdı.
Şərhlər 0